Bakının Moskvadan tələbi - SÜLHMƏRAMLILARIN STATUSU DƏQİQLƏŞDİRİLSİN

17:26 07.09.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İlk 300 günlük təcili rejimdən sonrat hazırda Azərbaycan və Rusiyaya sülhməramlıların qarşıdakı 4 ildə normal fəaliyyət göstərməsi üçün bu qüvvələrin funksiyalarını reqlamentləşdirmək lazımdır.

Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı ekspert Aleksey Naumov deyib.

Onun sözlərinə görə, Rusiyanın sülhyaratma formatı indi hüquqi cəhətdən möhkəmləndirilməyə ehtiyac duyur:

"Biz noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının bu qüvvələrin yerləşdirilməsi ilə bağlı hüquqi çərçivə yaratdığını qəbul edirik. Lakin bu sənəddə sülhməramlı qüvvələrin fəaliyyətinin miqyası göstərilməyib. Ölkə liderlərinin razılaşdığı status parlamentlər tərəfindən təsdiqlənməyib. Bütün bunlar onlara dayanıqlı hüquqi zəmin vermir".

Onun sözlərinə görə, Bakı sülhməramlıların mandatını təyin edərək onların konkret hüquq və vəzifələrinin müəyyənləşdirilməsini istəyir. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan bu faktın Rusiya ilə razılaşmalarda əlavə təsdiqini tələb edir. Azərbaycan Bakının diversant adlandırdığı, Ermənistandan Qarabağa göndərilən hərbiçilərin sülhməramlılar tərəfindən qarşısının alınmamasına etirazını bildirir".  

Politoloq bildirib ki, Ermənistan sülhməramlıların mandatı ilə bağlı danışıqlarda iştirak etmir. Səbəb isə çox sadədir. Rusiyalı hərbiçilər Azərbaycan ərazisindədir və bu məsələdə başlıca oyunçu Bakıdır:

"Ermənistan üçtərəfli sazişin iştirakçısı kimi öz mövqeyi və hüququ var. Amma burada razılaşmalı olan tərəflər Moskva və Bakıdır".